CVcenter.az istifadə qaydalarıi və istifadəçi müqaviləsi

Mövcud müqavilə 06.08.2010-cu il tarixdə yenilənib.

İstifadəçi www.cvcenter.az internet mühitində İstifadəçi qismində qeydiyyatdan keçməklə cari müqavilənin şərtlərini başa düşdüyünü və razılaşdığını təsdiqləyir.

  1. Tam şərtlər
    1. www.cvcenter.az (bundan sonra İş portalı adlanacaq) internet səhfəsinin sahibi CVC Azərbaycan MMC-di (bundan sonra CVC Azərbaycan adlanacaq), VÖEN 2301459341, Gəncə şəhəri, Nizami küçəsi 66 ünvanında yerləşir, tel. 055 256 8015, e-poçt info@cvcenter.az.
    2. Cari Müqavilədə şərtlərə riayyət etmək məqsədilə bu CVC Azərbaycan və iş portalında qeydiyyatdan keçmiş bütün istifadəçilər üçün məcburidir.
    3. CVC Azərbaycan mövcud müqavilənin şərtlərini dəyişə və ya əlavələr edə bilər bir şərtlə ki, öz istifadəçilərini bu dəyişikliklər barədə məlumatlandırmalıdır.
    4. CVC Azərbaycan İstifadəçilər üçün internet mühitində İş portalından istifadə imkanlarını təklif edərək İstifadəçilərə iş təklifləri və CV lər barədə məlumat əldə etmək, iş təklifləri və CV lər əlavə etmək, iş təklifini yerləşdirən müəssisələrlə və CV sahiblərilə əlaqə qurmaq, eyni zamanda işlə bağlı istənilən əlavə məlumatı əldə etmək imkanlarını təklif edir.
    5. Iş Müqaviləsi və ya istifadəcilər arasında imzalanmış hər hansı digər müqavilələr İş portalının müdaxiləsi olmadın bağlanmışdır və istifadəçilər müqavilədə öz əksini tapmış şərtlər görə özləri məsuliyyət daşıyırlar.
    6. CVC Azərbaycan müqavilələr İş portal vasitəsi ilə bağlanmiş müqavilələrə görə məsuliyyət daşımır və ya portal vasitəsi ilə verilmiş melumatın doğruluğu, tamlığı, dəqiqliyinə məsuliyyət daşımır.
    7. CVC Azərbaycanın İş portalında yerləşdirilmiş bütün məlumatların istifadə və nəşr hüququ, həcinin onların onlayn və qeyri-onlayn istifadəsi, mətbuatda, tədbirlərdə, konvensiyalarda, kommersiya tipli nəşrlərdə istifadəsi CVC Azərbaycan aidir. Müəlliflik hüquqları olan məlumatları göndərməklə, İstifadəçi CVC Azərbaycana hüquqların qüvvədə olması müddətində müəlliflik hüququndan istifadə etmə imkanını verir və Müştəri bunu dəyişə və ya redaktə edə bilər.
    8. İş təklifləri və İstifadəçilərin CV-ləri (şəxsi məlumatlar istisna olmaqla) internetdə, eləcə də internet axtarış sistemləri daxil olmaqla tapıla bilər.
    9. CVC Azərbaycan İş portalının tərkib hissəsi olan məlumatları dəyişə, əlavə edə və ya silə bilər.
    10. CVC Azərbaycan və Müştəri arasında olan münasibətlər cari müqavilə ilə bərabər Azərbaycan Respublikasının hüquqi normativləri, xidmət tarifləri və dəqiq xidmət şərtlərilə tənzimlənir.
  2. Şəxsi məlumatların emalı
    1. CVC Azərbaycan İstifadəçilərin daxil etdiyi şəxsi məlumatlarının uyğun olub olmamasını nəzərdən keçirir. Toplanmış məlumat ilk növbədə İstifadəçini müəyyən etmək üçün istifadə olunur, belə ki iş təklif edən iş axtaranla əlaqə yarada və ya iş axtaran iş təklifilə aydın şəkildə tanış olduqdan sonra öz CV sini göndərmək imkanını əldə edir.
    2. İstifadəçi İş portalına özü uyğun bildiyi məlumatı təqdim edir. İstifadəçi öz şəxsi məlumatını dəyişdirmək, müəyyənləşdirmək və ya düzəliş etmək, eyni zamanda şəxsi məlumatın istifadəsinin dayandırılmasını tələb etmək və ya silmək hüququna malikdir. Buna görə də İstifadəçi CVC Azərbaycan tərəfindən tərtib olunan cari Müqavilədə göstərilmiş elektron poçt ünvanına müvafiq ərizə ilə müraciət edir.
    3. İstifadəçi cari Müqaviləyə əsasən www.cvcenter.az İş portalının keyfiyyətini təmin etmək və xidmətlərin müxtəlif yollarla inkişaf etdirməsi üçün öz şəxsi məlumatını istifadəsinə razılıq verir.
    4. CVC Azərbaycan rəqəmli formadan istifadə edərək şəxsi məlumatları toplayaraq saxlayır və lazım gəldikdə istisna hal olaraq digər formalardan da istifadə edir. CVC Azərbaycan məlumat bazasında mövcud olan İş portalında ki İstifadəçilərin məlumatlarını saxlanılmasına öhdəlik daşımır.
    5. CVC Azərbaycan, bu müqavilədəki hallar istisna olmaqla, üçüncü tərəfə heç zaman şəxsi məlumatları yaymır. CVC Azərbaycan məlumatları üçüncü bir tərəfə göndərmək hüququna malikdir, xüsusilə işə götürənlərlə əməkdaşlıq edərkən.
  3. Qeydiyyat və məxfilik
    1. www.cvcenter.az. saytının İş portalının xidmətlərindən istifadə etmək üçün qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat İş portalının oxunması üçün heç də lazım deyil.
    2. İş portalında qeydiyyatdan keçərkən təsdiq etmə müddətinə ehtiyac duyulmur.
    3. İstifadəçinin şəxsi məlumatları içtimai informasiya deyildir və cari müqavilədə göstərilən hallar istisna olmaqla bu məlumatlar üçüncü şəxsə təqdim edilə bilməz.
    4. Qeydiyyatdan keçərkən, İstifadəçi mövcud Müqavilənin şərtlərini və onlara əməl etməyi qəbul edir.
  4. Müştərinin hüquq və öhdəçilikləri
    1. Müştərinin öhdəlikləri:
      1. İş portalında qeydiyyat zamanı tam doğru şəxsi məlumatı, istifadəçinin tam adı və elektron poçt ünvanı daxil olmaqla təqdim edin.
      2. İş portalını istifadə edərkən tam doğru məlumatı təqdim edin. Yalan,uydurulmuş və ya aldadıcı məlumatın iş axtaranlar və iş təklifi ilə çıxış edənlər üçün təqdim etmək qadağandır, bu üçüncü tərəfin hüquqlarını poza bilər.
      3. Əmin olun ki, İş portalından istifadə edərkən, Müştərinin daxil etdiyi məlumatda heç bir virus və ya müdaxilə edən, qarışan, zədələyən və ya müxtəlif digər yollarla İş portalını istifadə edərkən mane olan fayllar, digər kompüter proqramları yoxdur, Bunlar Müştərinin kompüterində saxlanıla bilər və portaldan sitifadə zamanı mane ola, ziyan vura və ya digər yollarla normal funksionallığa əngəl törədə bilər.
      4. İş portalının İstifadəçisi parolu çox ehtiyyatla saxlamalıdır ki, həmin parol üçüncü şəxsin əlinə keçməsin. Müştəri parolun itdiyi və ya üçüncü şəxsə keçdiyi barədə CVC Azərbaycanı məlumatlandırmağa borcludur.
      5. İstifadə olunan bütün ödənişli xidmətlər üçün müştəriyə təqdim olunmuş hesab-faktura əsasında CVC Azərbaycanın bank hesabına ödəniş olunur. CVC Azərbaycan hər bir ödənilməmiş hesab üçün gecikdiyi hər günə 1% cərimə hesablamaq hüququna malikdir.
    2. Müştəri İş portalının təklif etdiyi bütün xidmətlərdən istəyinə uyğun istifadə etmək hüququna malikdir.
    3. Müştəri, Müştərilə əlaqəli olan informasiya haqqında sorğu-sualı təyin etmək və ya CVC Azərbaycan tərəfindən daxil edilən bütün məlumatları əks etdirən hesabını ləğv etmək üçün tələb etmək hüququna malikdir.
  5. CVC Azərbaycanın hüquq və öhdəçilikləri
    1. CVC Azərbaycan İş portalının Müştəri tərəfindən istifadəsini məhdudlaşdıra və ya ləğv etmək hüququna malikdir, əgər Müştəri:
      1. Cari müqavilədə öhdəliklərin və ya şərtlərin pozulması.
      2. İstifadəçi qisminsə qeydiyyatdan keçərkən və ya portaldan istifadə zamanı yalan, aldadıcı və qeyri dəqiq məlumat vermək.
      3. Bilərəkdən və məqsədli şəkildə başqalarını təhqir etmək və ya ədəbsiz davranmaq.
      4. Bir və ya bir neçə hesabların ödənilməsi 7 gün və ya daha çox ləngimişdir.
    2. CVC Azərbaycan İş portalında istənilən fəaliyyətin müşahidə etmək hüququna malikdir.
    3. CVC Azərbaycan portalın istifadəçilər üçün daha rahat olması məqsədilə Müştəri tərəfindən daxil edilmiş məlumatın məğzini dəyişmədən onu yenidən formalaşdırmaq hüququna malikdir.
    4. CVC Azərbaycanı qiymət siyasətinə müvafiq şəkildə ödənişli xidmətlər üçün Müştərilərdən xidmət haqqı tələb etmək hüququna malikdir. Hər ödənişli xidmətin qaimələri Müştərilərin e-poçtuna göndəriləcək və Müştərilərin istifadəci hesabında görünəcək.
    5. Müştəri ödənişli xidmətlərdən istifadə edərkən sifariş verdiyi xidməti vaxtından əvvəl dayandırmaq istəyərsə bu halda CVC Azərbaycan ödənişli xidmətlər üçün ödənilmiş məbləği geri ödəmir.
    6. CVC Azərbaycan individual şəkildə reklam bületenləri və digər təkliflər göndərmək hüququna malikdir. Müştəri CVC Azərbaycanı məlumatlandıraraq bu bületenlərdən imtina etmək hüququna malikdir.
    7. CVC Azərbaycan istifadəçi qaydaları və qiymət siyasətini birtərəfli dəyişmək hüququna malikdir. Müştərilər elektron poçt və İş portalı vasitəsilə bu dəyişikliklər barədə məlumatlandırılır.
  6. Yekun müddəalar
    1. Müqavilə müddətsiz imzalanır və hər iki tərəf elektorn poçt və ya poçt vasitəsilə məlumat göndərərək Müqaviləni adi qaydada dayandıra bilər. Sifariş edilmiş ödənişli xidmətlərin bitməsi cari Müqaviləni qüvvədən salmır.
    2. Müqavilədə əldə olunmuş razılığa əsasən hər iki tərəf arasında baş verən mübahisə danışıqlar vasitəsi ilə yoluna qoyulur. Əgər razılığa nail olunmursa, yaranmış mübahisə Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq həll olunur.
    3. Müqavilə internet saytında mövcuddur.