Logo 91d7c3b756c9334977d00a0a5574d9d7d801bce6124c8a9d43956241c9a6356b
Müşahidə məktubu Cənab John Smith

“Lucky Stones” LLC


Cənab Smith

Mən “Lucky Stones” şirkətinin www.cvcenter.az saytında elan verdiyiniz Kadrlar üzrə Menecer pozisiyasına müraciət etmək istərdim.

Kadrlar üzrə Menecer vəzifəsi mənim gələcək karyera məqsədlərim üçün çox uyğun olan vəzifədir. Mən inanıram ki, bu pozisiya mənim təhsilim və əvvəlki iş təcrübəm ilə üst-üstə düşür. Mən “Lucky Stones” şirkəti ilə həqiqətən çox maraqlanmağımın əsas səbəbi təkçə şirkətin sahibkarlıq mədəniyyəti və yaratdığı uğurlu strateji ittifaqlar deyil, həmçinin onun Azərbaycan bazarında liderə çevrilmək iddiasıdır.

Mənim “ABC Comapny” şirkətindəki Kadrlar üzrə Menecer kimi keçmiş iş təcrübəm, İngilis və Rus dillərində işləmək bacarığım sizin şirkətdə Kadrlar üzrə Menecer vəzifəsini icra etməyimdə yardımçı olacaqdır. “ABC Company” şirkətində Kadrlar üzrə Menecer olaraq bütün sənədlərin hazırlanmasını və idarə olunmasını mən aparırdım. Göndərdiyim CV-də gördüyünüz kimi Kadrlar üzrə Menecer kimi mühim təcrübəyə malikəm.

Sizdən şəxsi keyfiyətlərimi və bu iş üçün imkanları müzakirə etmək üçün məni fərdi müsahibəyə dəvət etmənizi xahiş edirəm. Mən Sizinlə görüşün mümkün olmasını dəqiqləşdirmək üçün növbəti həftə zəng vuracam. Əgər mənimlə əlaqə saxlamaq istəsəniz bir başa zəng vura bilərsiniz, mənim əlaqə vasitələrim yüklənmiş CV dən əldə edə bilərsiniz.

Diqqətiniz üçün minnətdaram. Sizin müsahibəyə dəvətinizi səbirsizliklə gözləyirəm.

Səmimmiyətlə

Namik Əliyev