Mütamadi Soruşulan Suallar

Ümumi suallar

İş axtaranların sualları

İşçi axtaranların sualları



Ümumi suallar

CVcenter.az nədir?

CVcenter.az onlayn iş axtarışı portalıdır. Portal iş və işçi axtaranlara məqsədlərinə nail olmaq üçün geniş imkanlar yaradır. Bizim missiyamız Azərbaycan mühitində ən effektiv və rahat vasitə hesab olunan internet personal yığımını təşkil etməkdir. Siz portaldan Azərbaycan, Rus və İngilis dillərində istifadə edə bilərsiniz.

CVcenter.az portalından kimlər istifadə edə bilərlər?

CVcenter.az portalından hər kəs istifadə edə bilər. Həm iş axtaranlar, həm də işçi axtaranlar istifadə edə bilərlər. İş axtaranlar CV yarada və vakansiya üçün müraciət edə bilər, işçi axtaranlar isə vakansiya elanı yarada bilər və bizim CV databazamızdan istifadə edə bilərlər. CVcenter.az portalı çox rahatdır, çünki siz ümumilikdə öz hesabınıza nəzarət edə və bütün xidmətləri idarə edə bilərsiniz. Hər hansı bir məlumat yükləmək üçün administratorlarla əlaqə saxlamaq məcburiyyətində deyilsiniz.

Xidmətlərdən istifadə etmək hansı məbləğə başa gəlir?

To register yourself or your company at CVcenter.az is free of charge and also all services provided to jobseekers and employers are free of charge.

Şəxsi məlumatım CVcenter.az portalında qorunur?

Biz təhlükəsizlik və etibarlılığa çox böyük önəm veririk. İşçi axtaranların elektron ünvanları heç kəsə göstərilmir. İş axtaranların elektron ünvanları və şəxsi məluatları yalnız potensial işçi axtaranlar tərəfindən görünür.

Karyera Mərkəzi nədir və bu hansı növ informasiyalar təklif edir?

Karyera Mərkəzi CVcenter.az saytımızdakı bir səhifədir hansı ki, işaxtarma ipucları və əməklə bağlı informasiyalardan ibarətdir. Bu bölmədə CVcenter.az komandası iş axtarma yolları və iş axtarma prosesi barədə məlumatlandırır. Karyera Mərkəzimiz mütəmadi olaraq yenilənir. Elə bu səbədən biz sizə bu səhifəyə hər an daxil olmağı təklif edirik.



İş axtaranların sualları

CV-ni necə yarada bilərəm?

İlk növbədə CVcenter.az portalında istifadəçi olaraq qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçdikdən sonra, yuxarıda Mənim CV-lərim bölməsinə daxil olun, sonra isə Yeni CV yarat üzərində düyməni basın. Siz CV forması görəcəksiniz və onu doldura bilərsiniz, bitirdikdən sonra isə CV-nizi yaratmaq üçün Yarat düyməsini basın.

Aktiv və de-aktiv CV arasında fərq nədir?

Aktiv CV-lər CV bazasında və işçi axtaranlar tərəfindən görünür. De-aktiv CV-lər isə CV bazasına düşmədiyindən işçi axtaranlar tərəfindən görünmür, yalnız CV-nin sahibi (Siz) tərəfindən görülür. Siz hər hansı bir vakansiyaya yalnız aktiv CV ilə müraciət edə bilərsiniz. Təklif edirik ki, CV formanıızda hər hansı bir səhfin, həmçinin qrammatik qüsurların olmadığına əmin olasınız, çünki bu sizin potensial işçi axtaranlar tərəfindən seçilmənizə mənfi təsir edə bilər.

Digər dillərdə CV-ni necə hazırlaya bilərəm?

Yeni CV yaratmağa başladıqda orada CV-nin dilini seçmək mümkündür. Aşağıda verilmiş bölmədən CV-ni hansı dildə yaratmaq istədiyinizi seçə bilrəsiniz. CV forması tam olaraq seçdiyiniz dildə görsənəcək. Siz CV formanızı Azərbaycan, İngilis və Rus dillərində yarada bilərsiniz.

Vakansiyaya necə müraciət edə bilərəm?

Əgər müraciət üçün uyğun vakansiya elanı gördünüzsə, həmin elan formasının sonuna baxın. Orada Bu iş üçün müraciət et bölməsi görəcəksiz. Həmin bölmədən siz hansı CV forması ilə müraciət etmək istədiyinizi seçə bilərsiniz. Əgər sizin bir neçə aktiv CV formanız varsa, aşağı menyudan uyğun birini seçə bilərsiniz. CV formanızı seçdikdən sonra isə Müraciət et düyməsini basın.

Mən CV formamı başqa formatda, Word sənəd kimi yükləyə bilərəmmi?

Bağışlayın, amma bu mümkün deyil. Biz sizə təklif edirik ki, bizim onlayn formadan istifadə edərək databazamızda öz CV-nizi yaradasınız. Bu cəmi bir neçə dəqiqənizi aparacaq və çox sadə bir formadır. Bu həmçinin işə götürənlər üçün də olduqca uyğundur, çünki bizim CV-lər eyni formatdadır və asanlıqla oxunur.

Hansı vəzifələrə müraciət etdiyimi necə görə bilərəm?

Öz hesabınıza daxil olduqda yuxarıdakı menyudan Mənim müraciətlərim bölməsini seçin. Orada siz hansı vakansiya elanına və nə vaxt müraciət etdiyinizi görə bilərsinz. Həmçinin, müraciət zamanı hansı CV-ni istifadə etdiyinizi də görə bilərsiniz. Bütün müraciətlər sizin hesabınızda saxlanılır.

Vakansiya elanına olan müraciətimi rədd edə bilərəm?

Bəli, bu mümkündür. Hesabınıza daxil olduqda Mənim müraciətlərim səhifəsinə daxil olun. Sıranın sonunda Müraciəti rədd et üzərində basın və müraciətinizi rədd edin.

CV yaratmaq və CVcenter.az portalından istifadə etmək mənə hansı məbləğə başa gələ bilər?

CVcenter.az portalında iş axtaranlar üçün bütün xidmətlər pulsuzdur.

Müşayiət məktubunu necə yarada bilərəm?

Hesabınıza daxil olduqda yuxarı menyuda “Mənim müşayiət məktublarım“ düyməsini basın və sonra “Yeni müçayiət məktubu yarat“ düyməsini basın. Bu zaman siz dolduracağınız müşayiət məktubu formasını görəcəksiniz və bitirdikdən sonra isə müşayiət məktubunu yaratmaq üçün “Müşayiət məktubu yarat“ yazısının üzərindən vurun. Əgər artıq sizin, məsələn, Word sənədində yazılmış müşayiət məktubunuz varsa, onda sadəcə hazır müşayiət məktubunu köçürün və “Müşayiət məktubu yarat“ düyməsini basın.

Ərizəmə müşayiət məktubunu necə əlavə edə bilərəm?

Verilmiş vakansiyanın sonunda siz “İş üçün müraciət et“ düyməsini görəcəksiniz. Burada siz öz CV-nizi hansı müşayiət məktubu ilə göndərmək istədiyinizi seçə bilərsiniz. Əgər sizin birdən çox müşayiət məktubunuz varsa, onda uyğun olan müşayiət məktubunu seçə bilərsiniz. CV-nizi və müşayiət məktubnuzu seçdikdən sonra “Müraciət et“ düyməsinə basın. Müraciətinizə müşayiət məktubunu əlavə etmək sizin istəyinizdən asılıdır.

Ərizəmə müşayiət məktubu əlavə etdiyimi və hansı birini əlavə etdiyimi necə görə bilərəm?

Öz hesabınıza daxil olduqda yuxarı menyudan “Mənim müşayiət məktubum“ düyməsini seçin. “Mənim müraciətlərim“ səhifəsində siz CV adının yanında kiçik bir ikon görəcəksiniz ki, bu da sizin müraciətinizə müşayiət məktubu əlavə edib etmədiyinizi göstərir. Həmçinin siz CV-nizi açdıqda da müraciətinizə əlavə etdiyiniz müşayiət məktubunu görəcəksiniz.

Mən işə götürənlərdən gələn məktubları necə oxuya bilərəm?

Hesabınıza daxil olduqda adınızın yanında yuxarıda sağ küncdə olan “Mesajlar” bölməsinə girin. “Mesajlar” səhifəsi işə götürənlərdən sizə gələn bütün mesajların siyahısını göstərəcək. Mesajı oxumaq üçün sadəcə olaraq mesaj başlığın üzərinə basın. Qalın sriftlərlə yazılmış mesaj başlığı sizin mesajı hələ oxumadığınızı göstərir. İşə götürən sizə mesaj göndərdikdə sizə e-mail vasitəsi ilə də bildiriş göndəriləcək.



İşçi axtaranların sualları

Vakansiya elanını necə yarada bilərəm?

Müəssisə və ya Təşkilatınızı istifadəçi kimi qeydiyyatdan keçirdikdən sonra Mənim vakansiyalarım səhifəsinə daxil olun və Yeni vakansiya yarat düyməsini basın. Siz doldurmalı olduğunuz vakansiya elan formasını görəcəksiniz və tamamladıqdan sonra Yarat düyməsini basın.

Aktiv və de-aktiv vakansiyalar arasında fərq nədir?

Bütün yaradılan vakansiya elanları birinci Mənim de-aktiv vakansiyalarım kimi yaddaşa verilir. Siz həmin vakansiyaları aktivləşdirməyənə kimi onlar ictimaiyyət üçün istifadəsiz olacaq. Siz onu aktivləşdirdikdə həmin elan forması Mənim aktiv vakansiyalarım bölməsinə keçir və bütün sayt istifadəçiləri üçün açıq olur.

Yeni vakansiyanı nece yarada bilərəm?

Vakansiyanı yaratdıqdan sonra siz alt hissədə “Mənim deaktiv vakansiyalarım” adlı bölmə görəcəksiniz. Bundan sonra sizə “Aktivləşdirmək...” linkinin yanındakı vakansiyaları adları ilə görəcəksiniz. Bundan sonra sistem sizdən həmin vakansiyanı aktivləşdirmənizi təsdiq etməyi istəyir və siz “Elanı aktivləşdirmək” düyməsi ilə aktivləşməni təsdiq etdikdən sonra həmin vakansiya aktiv olur.

Mən CVcenter.az saytında nə qədər vakansiya elanı yarada və aktivləşdirə bilərəm?

Siz istədiyiniz qədər iş elanı yarada və aktivləşdirə bilərsiniz. Bu limitsizdir.

Vakansiya elanını Azərbaycan dlindən başqa hər hansı bir dildə yarada bilərəm?

Bəli, bu mümkündür. Siz vakansiya elanını yaradarkən, vakansiya elanının dili soruçulacaq. Siz Azərbaycan, İngilis və Rus dili seçə bilərsiniz. Vakansiya elanı forması və vakansiya elanının özü ümumilikdə seçdiyiniz dildə görünəcək.

Vakansiya elanına kimin müraciət etdiyini necə görə bilərəm?

Hər bir vakansiya elanına müraciət edən bütün müraciətçiləri görəcəksizniz. Mənim vakansiyalarım səhifəsinə daxil olduqda bütün akiv vakansiya elanlarınızı görəcəksiniz. Vakansiya elanının sonunda həmin vakansiya elanına neçə nəfər müraciət etdiyni görəcəksiniz. Müraciətçi sayının üzərində düyməni basaraq bütün namizədlərin adını, müraciət vaxtını və CV formalarını görə biləcəksiniz.

Namizədləri necə qiymətləndirə və rəy verə bilərəm?

CVcenter.az saytının bunları etməkdə əsas məqsədi müraciətcilərin seçim prosesinin daha da asanlaşmasına kömək etmək və birbaşa internet üzərindən edilməsini təşkil etməkdir. Bu system sizə ən uyğun namizədin seçilməsi üçün köməklik göstərərək son qərarın verilməsini daha da asanlaşdıracaqdır.

Mən CVcenter.az saytından bir başa iş axtaranlarla necə əlaqə yarada bilərəm?

Siz iş axtaranın CV-sini acdıqda CV-nin yuxarı hissəsində “Bura iş axtarana mesaj yazmaq üçün tıklayın” keçidini görəcəksiniz. Həmin keçidə daxil olduqdan sonra siz mesajınızı yaza biləcəyiniz pəncərə acılacaq. Mesajı göndərmək üçün sadəcə “Mesaj Göndər” düyməsinə basın.

Vakansiya elanını hansı müddət üçün yarada bilərəm?

Vakansiya elanı 4 müxtəlif müddət üçün yaradıla bilər: iki, üç, dörd və altı həftəlik.

CVcenter.az portalında vakansiya elanı yerləşdirmək hansı məbləğə başa gəlir?

Creating an employer account and publishing a vacancy ad is free of charge.

CV databazası nədir?

CV databazası iş axtaranların aktiv CV-lərinin toplandığı bölmədir. Buradakı CV-lərə baxa bilərsiniz, uyğun olan CV-ləri nəzərdən keçirib, iş axtaran şəxslərlə birbaşa əlaqə saxlaya bilərsiniz.

Müəssisə və ya Təşkilatın loqosunu vakansiya elanına yerləşdirə bilərəm?

Bəli. Şəxsi yükləmə səhifəsinə daxil olduqda səhifənin sağ küncündən loqo yükləyə bilərsiniz. Siz loqonu sadəcə sistemə yükləyirsiniz. Loqo avtomatik olaraq sizin bütün vakansiya elanlarınızda görünəcək.

Müraciətə əlavə olunmuş müşayiət məktubunu necə görə bilərəm?

Əgər siz müraciət edənin CV-sinə daxil olsanız, müraciətə əlavə olunmuş müşayiət məktubunu da eyni pəncərədə görəcəksiniz. Namizədlərin seçimi səhifəsində müraciət edənlərin CV-sinin yanında kiçik bir ikon görəcəksiniz ki, bu da müraciətə müşayiət məktubunun əlavə edilib edilmədiyini göstərir. Siz namizədin müşayiət məktubunu onun CV-si ilə birlikdə qiymətləndirə bilərsiniz.