CVcenter.az haqqında

CVcenter.az internetdə iş axtaran və işə götürənlərin məqsədlərinə nail olmaq üçün geniş imkanlar yaradan intrenet saytıdır.

Bizim missiyamız Azərbaycan mühitində ən effektiv və rahat vasitə hesab olunan internet personal yığımını təşkil etməklə, işə götürənlərə və iş axtaranlara ən əlverişli həlli yollarını təklif etməkdir.

CVcenter.az müştərilərinə ən müasir informasiya texnologiyalarından istifadə təklif edərək, internetdən istifadə ilə işçi seçimi məsələsinin ən effektiv həllini tapmağa imkan yaradır.

Daim Sizin üçün çalışdığımızı nəzərə alaraq hər zaman sizin rəy və təkliflərinizi almaqdan məmnun olarıq. Məhz ona görə, biz saytımızı, xidmətlərimizi və imkanlarımızı daima inkişaf etdiririk.

CVcenter.az internet saytı Gəncə şəhərində fəaliyyət göstərən “Gələcəyə Körpü” Gənclər Ictimai Birliyi tərəfindən həyata keçirilən Gənclərin Məşğulluq Resurs Mərkəzi layihəsi çərçivəsində yaradılıb. Mərkəz Gəncə şəhərində gənclər arasında məşğulluğu artırmaq məqsədilə gənclər üçün 3 istiqamətdə xidmət göstərir:

  • Gənclərə 3-6 aylıq təcrübə proqramları təşkil etməklə bərabər gənclərə iş tapmaqda yardım etmək;
  • Gənclərin iş və sahibkarlıq bacarıqlarını inkişaf etdirmək üçün mütamadi təlim və məsləhətlər vermək,
  • Gənclər üçün peşə-sənət kursları təşkil etmək.

Bununla bərabər layihə çərçivəsində yaradılan www.cvcenter.az internet saytının məqsədi Azərbaycanın hər bir bölgəsində yaşayan gənclərin məşğulluğunun artırılmasına xidmət etməkdir.

Gənclərin Məşğuluq Resurs Mərkəz layihəsi Avropa Komissiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Ministry of youth and sport de7011ad42663ecdede90a06aea559efcfd9afdbad42617f6628a6ce3b7b7cf1

Eu social fund b62b833d15ac58e8eeee1580063720b00bd9a8953c6accb3e6aed9edb581263b